İsveç Quranın yandırılmasını qadağan etməkdən imtina etdi

26-08-2023, 14:35           
İsveç Quranın yandırılmasını qadağan etməkdən imtina etdi
"İsveç hakimiyyəti dini kitabların yandırılmasını qadağan etməklə bağlı Danimarkanın ardınca getməyi planlaşdırmır, çünki bu, krallığın konstitusiyasına düzəlişlər edilməsini tələb edir".

Qaynarinfo İsveçin STV kanalına istinadən xəbər verir ki, bunu krallığın baş naziri Ulf Kristersson deyib.

Baş nazir vurğulayıb ki, Danimarkanın qərarına böyük hörmətlə yanaşır, lakin İsveç üçün ondan nümunə götürmək konstitusiyaya dəyişiklik etmək deməkdir. Ona görə də bu, krallıq üçün ən uyğun yol deyil.

Qeyd edək ki, Danimarkanın ədliyyə naziri Peter Hummelqaard hökumətin dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırdığını bildirib.

İyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib. Ulf Kristersson qərarın "qanuni, lakin yersiz" olduğunu deyib.

Müsəlmanların Qurban bayramının ilk günündə bir nəfər Qurani-Kərimin səhifələrini qoparıb, ayaqqabılarını onlarla silib və yandırıb. Eyni zamanda aksiyanı 200-ə yaxın insan izləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru