Bu ölkənin paytaxtında DÖYÜŞLƏR BAŞLADI

26-08-2023, 20:04           
Bu ölkənin paytaxtında DÖYÜŞLƏR BAŞLADI
Sudanın paytaxtı Xartumda döyüşlər başlayıb, sursat anbarı yaxınlığında güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb

Nəşrin məlumatına görə, Xartumda ordu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında yenidən döyüşlər başlayıb. Nizami ordunun qoşunları sursat anbarını, eləcə də RRF-nin digər obyektlərini bombalayıb.

RRF təkcə ordu birliyi deyil, həm də çoxlu sayda silaha malik qəbilə birləşməsidir. Sudanda hakimiyyət uğrunda ordu ilə rəqabət aparır.

2023-cü ilin aprelində ordu ilə RRF arasında münaqişə baş verib və nəticədə ağır texnikadan istifadə etməklə küçə döyüşləri başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru