“Priqojin Afrikada demokratiyanı xilas edib” – MAR prezidentinin müşaviri
27-08-2023, 10:04
Şəkildə gördüyünüz bu adam Mərkəzi Afrika Respublikası prezidentinin müşaviridir. Adı Fideldir, familiyası Quancika. “Vaqner” qrupunun həlak olmuş rəhbərliyinin ruhuna ehtiram əlaməti olaraq öz foto-şəklini çəkib sosial şəbəkələrdə paylaşıb. Şəkildə alnıyla eyni sıraya qaldırdığı əliylə Priqojinin “əziz ruhuna” Afrika salamı göndərir. Əynindəki köynəkdə fransızca “Je suis Wagner” yazılıb. Yəni “Mən Vaqnerəm”! Fidel Quancica paylaşdığı fotonun altında bunları qeyd edib: “Vaqner Qrupunun müdaxiləsi ilə Rusiya Mərkəzi Afrika demokratiyasını xilas etdi”. Yevgeni Priqojinin ölümü ilə bağlı suala cavab verən prezident müşaviri bildirib ki, o, demokratiyanı xilas edib, ona görə də Mərkəzi Afrika bu gün yas içindədir. Heydər Oğuz Teref.az