Ukraynada məşhur kokteyli boykot ediblər

27-08-2023, 13:14           
Ukraynada məşhur kokteyli boykot ediblər
Ukraynada bir qrup insan hesab edir ki, “Aperol Spritz” kokteylindən istifadə Rusiyanı dəstəkləyir. Ona görə də yerli barlar kokteyli boykot etməyə başlayıblar.

“Ukraynada indi bir çox barlar brendin sahibi İtaliyanın “Campari” şirkətinin Rusiyada fəaliyyətini davam etdirmək qərarına görə onu boykot edirlər. İndi bəzi barlar başqa şirkətlərdən alternativ kokteyl təklif edir, mağazalar isə şirkətin məhsullarının satışından imtina edirlər”, - deyə bildirilir.

Şirkətin Rusiyada bütün reklam aksiyalarının dayandırılması və biznesinin minimuma endirilməsi ilə bağlı bəyanatlarına baxmayaraq, Ukraynada bu bəyanatlar bayağılıq kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiya Almaniya, Fransa, İtaliya və ABŞ ilə birlikdə “Aperol” satışı baxımından “Campari” şirkətinin əsas bazarlarından biridir. 2022-ci ildə şirkət Rusiya və Ukraynada ümumi məhsulunun təxminən 3%-ni satıb. Bu ilin yanvar-mart aylarında şirkətin beynəlxalq satışları, demək olar ki, 20% artıb.

Mənbə: The Washington Post












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru