Yunanıstanda meşələri qəsdən yandıranlar saxlanılıblar

27-08-2023, 09:45           
Yunanıstanda meşələri qəsdən yandıranlar saxlanılıblar
Yunanıstanda meşələrin yanmasına səbəbkar olan iki kişi saxlanılıb.

Onlardan biri Evbeya adasında, digəri isə Yunanıstanın mərkəzi Larisa bölgəsində saxlanılıb.

Yunanıstanın Mülki Müdafiə naziri Vassilis Kikilias bildirib ki, saxlanılan şəxslər son bir həftə ərzində ölkədə ən azı bir neçə yanğının meydana çıxmasına səbəb olublar.

“Baş verənlər nəinki qəbuledilməzdir, həm də böyük rəzalət və cinayətdir. Siz ölkəyə qarşı cinayət törədirsiniz. Biz sizi tapacağıq. Siz cavab verəcəksiniz” - meşələrin yanmasına bilavəsitə aidiyyəti olan şəxslərə müraciət edən Yunanıstan rəsmisi bildirib.
Öz növbəsində Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis ölkədə meşə yanğınları ilə bağlı 163 nəfərin həbs edildiyini bildirib. O qeyd edib ki, 118 nəfər səhlənkarlıq nəticəsində meşələrin yandırılmasına səbəb olub, 24 nəfər isə yanğını qəsdən törətməkdə ittiham olunur.

Mənbə: Apnews. com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru