“Timsah” ikinci dəfə prezident seçildi

27-08-2023, 14:09           
“Timsah” ikinci dəfə prezident seçildi
Zimbabvenin indiki prezidenti və Zimbabve Afrika Milli ittifaqı – Vətənpərvər Cəbhədən namizədliyini irəli sürmüş “Timsah” ləqəbli Emmerson Mnanqva avqustun 23-də keçirilmiş prezident seçkilərində qalib gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Herald” nəşri məlumat yayıb.

Məlumata görə, Mnanqva səslərin 52.6 faizini alıb. Onun rəqibi, Dəyişiklik Uğrunda Vətəndaş Koalisiyası Partiyasının sədri Nelson Çamisa isə 44 faiz səs toplayıb.

Seçici fəallığı 70 faiz təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru