Fransızlar ehtiyac içindədir, Makron Kiyevə yardım edir 28-08-2023, 08:35 Fransa Prezidenti Emmanuel Makron Ukraynanı öz ölkəsinin maraqlarına ziyan vurmaqla dəstəkləyir.Axar.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində bildirib.“Ölkəmiz və gənclərimiz ideoloji çılğınlığa qurban verilib! Yetər!" – o qeyd edib.Onun sözlərinə görə, Fransa hakimiyyəti adi vətəndaşların ehtiyaclarına məhəl qoymur:"Məsələn, bu il ölkədə tələbələr üçün yataqxana çatışmazlığı var. Bununla belə, Makron ukraynalı həmkarına böyük yardım paketləri verməyə davam edir". Facebook-da paylaş