"F-16" qırıcıları Ukrayna pilotlarına nə zaman təhvil veriləcək? - Reznikov AÇIQLADI

28-08-2023, 08:42           
"F-16" qırıcıları Ukrayna pilotlarına nə zaman təhvil veriləcək? -
"Qərbin vəd etdiyi "F-16" qırıcıları ilk dəfə 2024-cü ilin yazında Ukrayna Silahlı Qüvvələrinin pilotları tərəfindən istifadə oluna bilər".

Publika.az xəbər verir ki, bunu “Bild” qəzetinə açıqlamasında Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

Onun sözlərinə görə, Qərb qırıcılarının istifadəsinə başlanması gələn ilin yazında baş verə bilər, çünki ukraynalı pilotlar artıq təlim keçməyə başlayıblar.

Reznikov əlavə edib ki, ilk növbədə Ukrayna təyyarələri üçün infrastruktur hazırlanmalıdır, bunun üçün altı ay və ya daha çox vaxt lazım ola bilər.

Reznikov həmçinin təklif edib ki, Ukraynanın "F-16" qırıcılarından istifadə etməsi münaqişədə ciddi dönüş nöqtəsi ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru