İki ölkə arasında GƏRGİNLİK: "Apple" məhsulları kəskin BAHALAŞA BİLƏR

28-08-2023, 09:12           
İki ölkə arasında GƏRGİNLİK:
ABŞ və Çin arasındakı gərginliyə görə "Apple" məhsulları kəskin bahalaşa bilər.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Müəlliflər qeyd ediblər ki, Vaşinqton Çinin texniki inkişafını məhdudlaşdırmağa çalışır.

"ABŞ-Çin münasibətləri pisləşdikcə, yeni istehsal sahələri "Apple" cihazlarının istehsal üsulunu dəyişir. Bu, "Apple"in geniş istehlakçı bazası üçün qiymətləri yüksəltmək təhlükəsi yaradan qlobal təchizat zəncirində parçalanmadır", - məlumatda deyilir.

Məqalə müəllifləri bunun Amerika istehsalının qismən Çindən digər Asiya ölkələrinə ixracı ilə bağlı olduğunu vurğulayıblar.

Qeyd olunur ki, ABŞ və Çin arasında mürəkkəb münasibətlər olduğundan "Apple" məhsulları üçün hissələr başqa ölkələrdən göndərilir, daha sonra bir neçə yerdə yığılaraq bütün dünya üzrə müştərilərə çatdırılır. İstehsalçılar, təchizatçılar və brendlər “daha ​​az qurulmuş regionlarda” problem yaşayırlar.

Agentliyin məlumatına görə, premium modellərin istehsalı bahalaşa bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru