Hurriyyet.az xəbər verir ki, İranın Müdafiə Nazirliyinin təmsilçisi Rza Tapai “Tasnim” agentliyinə açıqlamasında Avropanın bir sıra ölkələrinin İrandan pilotsuz uçuş aparatlarını almaq istədiklərini bildirib.
Hərbçinin sözlərinə görə, Tehran yalnız öz tələblərinin təmin ediləcəyi təqdirdə və sifarişçi ilə bağlı “siyasət və təhlükəsizlik sahəsindəki mülahizələrinin” buna mane olmayacağı şərti ilə dron ixrac edəcək.
Müdafiə Nazirliyinin təmsilçisi Avropanın məhz hansı ölkələrinin İrandan PUA almağa maraq göstərdiyi sualına cavab verməkdən imtina edərək, onların anonim qalmağı arzuladıqlarını söyləyib.