“Taliban” qadınlara bunu da qadağan etdi

28-08-2023, 14:08           
“Taliban” qadınlara bunu da qadağan etdi
“Taliban” hakimiyyəti qadınların Əfqanıstanın ən məşhur milli parklarından biri olan Band-e-Amirə getməsinin qarşısını almaq üçün təhlükəsizlik güclərindən istifadə edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” ölkənin Fəzilət nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik iddia edir ki, qadınlar mərkəzi Bamiyan əyalətində yerləşən Band-e-Amirə gedərkən düzgün hicab prosedurlarına əməl etmirlər.

Bu, nazir Məhəmməd Xalid Hənəfinin əyalətə səfərindən və rəsmilərə və din xadimlərinə qadınların hicab geyinməyin düzgün qaydasına riayət etmədiklərini deyərək təhlükəsizlik rəsmilərindən qadınların turistik məkana gəlməsini qadağan etməyi xahiş etməsindən bir həftə sonraya təsadüf edir.

Hənəfi o zaman demişdi: "Görməli yerləri gəzmək qadınlar üçün o qədər də vacib deyil".

Band-e-Amir Bamiyanın əsas turistik məkanıdır. 2009-cu ildən ölkənin ilk milli parkıdır və hər il minlərlə ziyarətçi cəlb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru