Çin Rusiyadan quş əti idxalına qadağa qoydu 28-08-2023, 12:31 Çin Rusiyadan quş ətinin idxalını qismən məhdudlaşdırıb. Yenisabah.az NEXTA-ya istinadən xəbər verir ki, bununla bağlı heç bir izahat verilməyib. Belə ki, Rusiya Federasiyasının cənubunda yerləşən 4 böyük quşçuluq fabrikindən məhsulların Çinə idxalı qadağan edilib. Ehtimal edilir ki, onların məhsullarında təhlükəli orqanizmlər və ya antibiotiklər aşkar edilib. Facebook-da paylaş