İtaliyanın şəhərləri su altında qaldı - VİDEO

29-08-2023, 10:54           
İtaliyanın şəhərləri su altında qaldı - VİDEO
İtaliyanın Mülki Müdafiə Departamenti Lombardiya əyalətinin şimal bölgəsində güclü yağıntılar səbəbindən maksimum (qırmızı) hava xəbərdarlığı elan edib.

Digər altı regionda sondan əvvəlki (narıncı) səviyyə fəaliyyət göstərir.

Liquriyada güclü yağış yağır. Genuyada bir saat ərzində 80 mm yağış yağıb. Şəhərin mərkəzi rayonları və dəmiryol stansiyalarından biri sel altında qalıb.

Qeyd edək ki, eyni zamanda İtaliyanın cənubu yanğınlardan əziyyət çəkir. Siciliyada Trapani şəhərinin hava limanı müvəqqəti bağlanıb, Skopelloda isə yanğınla əlaqədar 400 turist təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru