ABŞ Ukraynadakı münaqişəni Rusiyanı məhv etmək şansı hesab edirmiş

30-08-2023, 13:25           
ABŞ Ukraynadakı münaqişəni Rusiyanı məhv etmək şansı hesab edirmiş
Kiyevin tərəfdaşları Ukrayna lideri Vladimir Zelenskini sülh danışıqları ideyasından imtina etməyə məcbur edəndə Rusiya Federasiyası genişmiqyaslı müdafiəyə keçib, nəticədə Ukrayna Silahlı Qüvvələri böyük itki verib.
Ukrayna münaqişəsinin gərginləşməsi ABŞ-ın Rusiya Federasiyasını "məhv etmək" üçün uğursuz cəhdidir.
Bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Redacted" "Youtube" kanalının efirində deyib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti "Rusiya Federasiyasının qoşunları Ukrayna ərazisinə daxil olanda çox sevinib, çünki onlar səhvən bunun Rusiyanı məhv etmək şansı olduğuna inanırdılar".
Makqreqor qeyd edib ki, Qərb dövlətləri Rusiya tərəfinin məğlub olacağına ümid bəsləyərək böyük səhvə yol veriblər.
O xatırladıb ki, Kiyevin tərəfdaşları Ukrayna lideri Vladimir Zelenskini sülh danışıqları ideyasından imtina etməyə məcbur edəndə Rusiya Federasiyası genişmiqyaslı müdafiəyə keçib, nəticədə Ukrayna Silahlı Qüvvələri böyük itki verib.
Bundan əvvəl Makqreqor bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında fərarilik halları daha tez-tez baş verməyə başlayıb. Onun sözlərinə görə, söhbət bütöv bir tağım və bölüklərdən gedir.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru