İŞİD-çilərin kimliyi şok yaratdı - Tanınmış siyasətçi və iş adamlarının...

5-07-2016, 11:48           
İŞİD-çilərin kimliyi şok yaratdı - Tanınmış siyasətçi və iş adamlarının...
Banqladeşdə 22 nəfərin ölümünə səbəb olan İŞİD terror hücumunu həyata keçirən döyüşçülərin tanınmış siyasətçi və iş adamlarının uşaqları olduğu ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dəkkədə ötən həftə əcnəbilərin getdiyi kafeyə olunan hücumla bağlı aparılan araşdırma ölkədə şok effekti yaradıb. Terroru planlaşdıran 6 gəncin məşhur ailənin oğlanları olduğu məlum olub. Xarici universitetlərdə təhsil alan gənclərin də bu təşkilata üzv olması İŞİD-ə sadəcə yoxsul gənclərin qoşulması ilə bağlı düşüncələri alt-üst edib.

Banqladeş rəsmiləri terrorçuların adlarını açıqlamaqdan imtina edib. Baş nazir hücumun İŞİD-lə əlaqəsi olmadığını desə də, terror təşkilatı baş verənlərin məsuliyyətini öz üzərinə götürüb və həmin gənclərin İŞİD bayrağı ilə çəkilən fotolarını paylaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.