Ukraynanın müdafiə naziri gələn həftə istefa verə bilər

31-08-2023, 12:05           
Ukraynanın müdafiə naziri gələn həftə istefa verə bilər
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov gələn həftənin əvvəli istefa verəcək.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak deyib.

O bildirib ki, Reznikovun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov gətiriləcək, Böyük Britaniyadakı səfir postunu isə Reznikov tutacaq. Rustem Umerovun yerinə kimin təyin olunacağı hələlik məlum deyil.
Jeleznyakın sözlərinə görə, rotasiya sentyabrın ilk həftəsində baş tutmalıdır və bəzi səfirliklər bu qərarla bağlı artıq xəbərdar ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru