“Biz Rusiya ilə müharibənin birinci xəttində olacağıq” – ŞOK PROQNOZ

6-07-2016, 09:13           

“Polşa NATO-Rusiya qarşıdurması olacağı halda qlobal münaqişənin mərkəzində ola bilər”.

Publika.az xəbər verir ki, bunu SİTA agentliyinin müxbiri ilə söhbətində Polşanın “Dəyişmə” siyasi birləşməsinin birinci katibi Tomaş Yankovski deyib.

“Hər hansı münaqişə olacağı halda, Polşa onun birinci xəttində olacaq”, - Polşa siyasətçisi bildirib.

Varşavada 8-9 iyul tarixlərində keçirilən NATO sammitinə qarşı etiraz aksiyaları təşkil edən Tomaş Yankovskiy hesab edir ki, bütovlükdə NATO-ya üzvlük Polşa cəmiyyətinin hansısa ehtiyacı ilə bağlı deyildi: “Referendum keçirilməyib, heç kim insanlardan soruşmayıb, cəmiyyətlə heç bir konsultasiyalar aparılmayıb. Əlbəttə, sorğulara görə polyakların əksəriyyəti təşkilata üzvlüyü dəstəkləyirlər, amma bu məlumatlar heç vaxt yoxlanılmayıb.
Bundan başqa, NATO-ya üzvlük Polşanı bizə aid olmayan müharibələrə cəlb etdi. Əvvəlcə Əfqanıstana, sonra da İraqa müdaxilə etdik. İndi biz başqa bir qlobal münaqişənin mərkəzində ola bilərik. Ümid edirik ki, bu olmayacaq. Amerikalılar və onların müttəfiqləri Rusiyanı mühasirəyə almağa çalışırlar. Əgər ittifaqın şərq cəbhəsində qurulacaq bazaların xəritəsinə baxsaq, hər hansı münaqişə olacağı halda Polşanın onun birinci xəttində olacağı görünər”.

Yankovskinin fikrincə, NATO prinsip etibarilə Polşa və ya Baltikyanı ölkələrin ərazisinin müdafiəsini nəzərdə tutmur: “Lojistik nöqteyi-nəzərdən bu mümkün deyil. Bu, NATO-nun Avropa komandanlığı tərəfindən də etiraf edilir. Operativ reaksiya gücləri və batalyonlar haqqında danışıqlar yalnız təbliğatdır. Biz əminik ki, dövlətin müstəqilliyinin birinci şərti ərazisində yalnız öz qoşunlarının yerləşməsidir. Polşa hakimiyyəti Amerika qoşunlarını dəvət edib və xarici əsgərlərə Polşa ordusu ilə eyni hüquqları verən qanunları qəbul edib. Beləliklə onlar Polşadan koloniyaya çevirdilər”.

Qeyd edək ki, “Dəyişmə” Polşanın NATO-dan çıxmasını və Rusiya ilə münasibətlərin normallaşmasını dəstəkləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.