Rusiya və Səudiyyənin neft savaşı:Ruslar Asiya bazarında ərəbləri üstələyirlər - Təhlil

6-07-2016, 10:06           
Rusiya və Səudiyyənin neft savaşı:Ruslar Asiya bazarında ərəbləri üstələyirlər - Təhlil
Con Smit

"American Thinker" (ABŞ), 05.07.2016



Neft bazarlarında durum dəyişir: "Trade Arabia" saytı xəbər verir ki, Rusiya Səudiyyə Ərəbistanını geridə qoyaraq Çin bazarına ən böyük böyük neft ixracatçısına çevrilir.

Çərşənbə axşamı dərc edilmiş gömrük məlumatının göstərdiyi kimi, “Rusiyadan Çinə tədarük edilən neftin həcmi Səudiyyə Ərəbistanından tədarükün həcmini ötüb. Dünyanın ən böyük neft istehsalçısı dünyanın ən böyük neft ixracatçısını Çin bazarında artıq dalbadal üçüncü ay geridə qoyur”.

Rusiya da, Səudiyyə Ərəbistanı da Asiya bazarını prioritet istiqamət sayır, lakin Çinin müstəqil, kiçik neft emalı zavodları (“çaydanlar”) tədarük həcminin azlığı və neft yataqlarının NEZ-ə qismən yaxınlığına görə Rusiyanın azkükürdlü neftinə üstünlük verir.

Səudiyyə Ərəbistanı və İraqdan yüksəkkükürdlü nefti həm tədarükün böyük həcmi, həm də adətən, uzunmüddətli müqavilələr əsasında tədarükünə görə “çaydanlara” əl vermir. Çin müstəqil neft emalı zavodlarına xam neft idxalına süətləndirilmiş qaydada lisenziya və kvotalar verməklə “çaydanlar”ın Rusiya ilə əməkdaşlığını təşviq edir.

Bununla belə, "Saudi Aramco" şirkəti cümə axşamı bildirib ki, amerikalı və asiyalı bütün müştəriləri üçün rəsmi qiymətləri endirir.

“Dövlətə məxsus "Saudi Arabian Oil Co." Arab Light markalı neftin Asiya üçün satış qiymətini 40 sent aşağı salıb. Beləliklə, bir barrelə görə bölgəüstü səviyyə mükafatı 20 sentədək azalır. Səudiyyə Ərəbistanının rəsmi satış qiymətlərini azaltmaq qərarı Rusiya və Birləşmiş Ərəb Əmirlikləri kimi rəqiblərlə rəqabəti gücləndirəcək. Analoji markalı neft ixrac edən bu ölkələr də Asiya bazarında – dünyanın əsas neft istehlakçısı bölgəsində öz paylarını artırmağa can atır”.

Satış qiymətinin azaldılmasının krallığın onsuz da zəifləmış gəlirlərini azaldıb-azaltmayacağını bildirmək indi çətindir. Çünki Səudiyyə Ərəbistanı ruslarla birbaşa rəqabət vasitəsilə Asiya bazarında öz iştirakını genişləndirməyə köklənib.

“Bu arada krallıq cavabında öz yataqlarından birində hasilatı artırmaqla daha çox neft satmağa başlayıb. Treyderlərin fikrincə, bu addım rəqiblərə – xüsusən də BƏƏ və Rusiyaya təzyiq göstərib Asiyada qiymətləri vura bilər”.

Başqa sözlə, Səudiyyə Ərəbistanı Asiyada Rusiya mövqelərinin güclənməyi ilə müqavimətsiz barışmağa hazırlaşmır. Söhbət krallığın yiyələnməyə alışdığı bazardan gedir və o, çağırışları cavabsız qoymayacaq.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.