Britaniya taleyini ikinci dəfə qadına tapşırır

7-07-2016, 22:26           
Britaniya taleyini ikinci dəfə qadına tapşırır
Böyük Britaniyanın baş naziri 26 il sonra yenidən qadın olacaq.

Report xəbər verir ki, buna konservator-deputatların bu gün baş tutan səsverməsinin nəticələri deməyə əsas verir.

Seçki kampaniyasının final mərhələsinə iki qadın namizəd – ölkənin Daxili İşlər naziri Tereza Mey və Energetika və İqlim dəyişikliyi nazirinin müavini Andrea Lids seçiliblər.

Mey birpartiyalılardan 199 səs, Lids isə 84 səs toplayıb.

Buna qədər Britaniyada bu vəzifəyə cəmi bir dəfə qadın seçilib – Marqaret Tetçer (1925-2013). O, hökuməti 1979-cu ildən 1990-cı ilə qədər idarə edib.

Yeni baş nazirin kimliyinə sentyabrın 9-da aydınlıq gələcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.