“NATO taborlarının yerləşdirilməsi Rusiyanın hərəkətlərinə cavabdır”

9-07-2016, 07:59           
“NATO taborlarının yerləşdirilməsi Rusiyanın hərəkətlərinə cavabdır”
Baltikyanı ölkələr və Polşada NATO-nun 4 taborunun yerləşdirilməsi Rusiyaya Alyansın birliyini nümayiş etdirmək və onun hərəkətlərinin qarşısını almağa yönəlib.

Bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Elissa Slotkin bəyan edib.

“NATO-nun atdığı addım Rusiyanın hərəkətlərinə birbaşa cavabdır. Düzdür, NATO ilə Rusiya arasında dialoq mövcuddur. Lakin Rusiya həm bizim reaksiyamızı, eləcə də Şərqi Avropadakı tərəfdaşlarımızın müdafiəsinə qalxmağa hazır olduğumuzu görməlidir”, deyə E.Slotkin bildirib.


İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli tabor yaratmağa qərar verib.

(apa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.