ABŞ Rusiya diplomatlarını ölkədən çıxarıb

9-07-2016, 08:03           
ABŞ Rusiya diplomatlarını ölkədən çıxarıb
Rəsmi Vaşinqton Rusiyanın ABŞ-dakı səfirliyində çalışan 2 diplomatını ölkədən çıxarıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Baş vermiş hücuma cavab olaraq iyunun 17-də iki rusiyalı diplomat ABŞ-dan çıxarılıb”, deyə C.Kirbi bildirib.

Bundan əvvəl “Washington Post” qəzeti Moskvada, ABŞ-ın Rusiya səfirliyində çalışan əməkdaşına qarşı hücum edildiyi barədə məlumat yaymışdı. Rusiya XİN, öz növbəsində, həmin şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və səfirliyin mühafizəçisinə hücum etdiyini bildirmişdi.

Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinin açıqlamasını şərh etməkdən imtina edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.