Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) 2013-cü il ərzində Avropa Birliyi və NATO üzvü olan onlarla ölkənin hökumətini dinləyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın DPA agentliyi yayıb. Agentlik BND-nin 3300 dövlət xadimini izlədiyini bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ kəşfiyyatının kütləvi şəkildə bir sıra dünya liderlərini izlədiyi bəlli olub. Sonradan amerikalılara bu işdə Almaniya kəşfiyyatının yardım etdiyi müəyyən edilib.