Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti işğal olunmuş Ukrayna ərazilərindəki Zaporojye Atom Elektrik Stansiyasına gedən yolda Vasilyevka şəhəri yaxınlığındakı Rusiya nəzarət-buraxılış məntəqəsindən keçib.
Modern.az TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətinin korteji 12 avtomobildən ibarətdir, onları hərbi polis müşayiət edir.
2022-ci ilin oktyabr ayından AES "Rosenergoatom" ASC-nin (Rosatomun törəmə müəssisəsi) idarəçiliyi altındadır. AEBA ekspertləri 2022-ci il sentyabrın 1-dən, Qrossinin əraziyə ilk səfərindən sonra zavoda nəzarət edirlər.
Bununla belə, AEBA açıqlayıb ki, onun mütəxəssislərinə Zaporojye AES-in bir neçə enerji blokuna baş çəkməyə icazə verilməyib. Dünən Rafael Qrossi Kiyevə səfər edib və Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.