Putin azərbaycanlı onkoloqu təltif etdi

7-02-2024, 17:27           
Putin azərbaycanlı onkoloqu təltif etdi
Rusiya Prezidenti məşhur onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Bağır Əliyevi “Dostluq” ordeni ilə təltif edib.


TEREF AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya elminin inkişafına verdiyi böyük töhfəyə, çoxillik səmərəli fəaliyyətinə görə və Rusiya Elmlər Akademiyasının yaradılmasının 300 illiyi ilə əlaqədar olaraq Məmməd Bağır Əliyev “Dostluq” ordeni ilə təltif olunur.


Azərbaycan diasporunun Rusiyada məşhur nümayəndəsi Məmməd Bağır Əliyev – həkim-onkoloq, Rusiya Elmlər Akademiyası, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru, RF Dövlət mükafatı laureatı, bu ölkənin Əməkdar elm xadimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru