ABŞ xüsusi təyinatlılarını Tayvanda yerləşdirəcək

8-02-2024, 07:24           
ABŞ xüsusi təyinatlılarını Tayvanda yerləşdirəcək
Birləşmiş Ştatlar ordusunun xüsusi təyinatlı qüvvələrini (“yaşıl beretlər”) uzun müddətə Tayvanda yerləşdirəcək.

Məlumata görə, ABŞ xüsusi təyinatlıları hərbi təlimatçı qismində Kinmen və Penqhu arxipelaqlarında qarnizonlarda yerləşdirilərək Tayvan hərbçilərinə təlim keçəcəklər.

Təlimlərdən birində “Black Hornet” mikro-dronlarından istifadə kursu nəzərdə tutulub.

Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Müdafiə Strategiyası və Resursları Departamentinin rəhbəri Su Tzuyun bildirib ki, “yaşıl beretlər” həm də müdafiə əməliyyatlarında ixtisaslaşıblar və düşmənin sızmasının qarşısını almaq üçün tapşırıqları yerinə yetirə bilirlər. (Mənbə: nsn.fm)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru