Çexiya Aİ-nin miqrasiya paktı ilə bağlı səsverməsində bitərəf qalacaq

8-02-2024, 16:57           
Çexiya Aİ-nin miqrasiya paktı ilə bağlı səsverməsində bitərəf qalacaq
Çexiya Avropa İttifaqında miqrasiya və sığınacaq haqqında paktın qəbulu ilə bağlı səsvermədə bitərəf qalacaq.

“Report” xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.

Ölkə hökuməti səsvermədə bitərəf qalmaq barədə qərar qəbul edib. Çexiya hazırlanan sənəddən razı deyil. Rəsmi Praqa bəyan edir ki, bu məsələnin ictimaiyyət tərəfindən təsdiqlənməsi ölkənin miqrantları qəbul etmək məcburiyyətində qalacağı anlamına gəlmir.

İspaniyanın "El Mundo" nəşri bundan əvvəl bildirib ki, Aİ-də miqrasiya və sığınacaq haqqında paktın təsdiqindən sonra məqsəd hər il azı 30 min miqrantı qurumun müxtəlif ölkələrinə yönləndirməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru