Rusiya Avropaya bağlamaların quru yolu ilə çatdırılmasını dayandırıb

8-02-2024, 16:02           
Rusiya Avropaya bağlamaların quru yolu ilə çatdırılmasını dayandırıb
“Poçta Rossiyi” Avropanın 24 ölkəsinə bağlamaların quru yolu ilə çatdırılmasını dayandırıb.

Azpost.info xəbər verir ki, söhbət Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Fransa, Xorvatiya, Çexiya, İsveç, Estoniya və İsveçrədən gedir.

Məlumatda deyilir ki, bağlamalar bu ölkələrə yalnız hava yolu ilə çatdırılacaq.

Qurum qərarını bu istiqamətdə avtomobil və dəmir yolu daşımaları zamanı yaranan bürokratik çətinliklərə izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru