Moldova Avropa İttifaqına daxil olmanın texniki mərhələsinə başlayıb
10-02-2024, 18:04
Moldova Avropa İttifaqına (Aİ) daxil olmanın texniki mərhələsinə başlayıb.
Bunu respublika baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.
“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Bizim ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, - o bildirib. Gerasimova qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.