Finlandiyanın Vipukirves şirkəti insan oğlunun ən qədim alətlərindən biri olan baltaya yenidən nəzər salıb.
Axar.az xəbər verir ki, baltanı sancdıqdan sonra kəsiləcək odunun içindən onu çıxarmağın çətinliyini nəzərə alan şirkət heç bir əziyyət çəkmədən, hətta yeniyetmələrin də istifadə edə biləcəyi yeni nəsil baltalar istehsal edir.
Belə ki, təkmilləşdirilmiş Leveraxe baltası pozulmuş ağırlıq mərkəzi ilə odunu doğrayaraq zərbədən sonra sağa yönəlir. Baltanin üst hissəsində olan xüsusi çıxıntı doğranmış hissələri asanlıqla ayırmağa kömək edir.
Bundan başqa, baltanin "çiyni" ağaca çox dərin girməyə imkan vermir, bunun sayəsində balta ləngimir. [media=https://www.youtube.com/watch?v=E9_9wmjK3j8]