İndoneziyanın yeni prezidenti o oldu20 Mart 2024 20:30
21-03-2024, 00:10
İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib.
Bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib.
KİV-lər Subiantonun rəqibləri olan Ganjar Pranovo ilə Anis Basvedanın nəticələrlə razılaşmadıqlarını yazırlar. Onlar İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırırlar.
Qeyd edək ki, Prabovo Subiantonun andiçmə mərasiminin oktyabrın 20-də baş tutacağı proqnozlaşdırılıb.