Nazirdən HƏYƏCAN TƏBİLİ: "Almaniya üçün böyük təhlükə var"

24-03-2024, 10:47           
Nazirdən HƏYƏCAN TƏBİLİ: "Almaniya üçün böyük təhlükə var"
Almaniya üçün İslam Dövləti tərəfindən böyük təhlükə var".
TEREF xəbər verir ki, bunu Almaniyanın Federal Daxili İşlər Naziri Nensi Faser bildirib.

Faser deyib ki, söhbət İslam Dövləti-Xorasan qruplaşmasının (İŞİD) regional qolundan gedir. Qərb ölkələri hazırda bunu "Crocus City Hall"dakı terror aktı ilə əlaqələndirirlər. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok deyib ki, Almaniya hər yerdə qorxaq, qeyri-insani terroru pisləyir və Rusiya xalqına rəğbət bəsləyir./publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru