Tramp: "500 milyon dollar nağd pulum var"

25-03-2024, 00:09           
Tramp: "500 milyon dollar nağd pulum var"
ABŞ-nin keçmiş prezidenti Donald Tramp daşınmaz əmlak sənayesində dələduzluq etdiyinə görə 454 milyon dollarlıq cəriməni ödəyə biləcəyi barədə suallara vəkilləri “yox” deyə cavab verib.

Referans.az xəbər verir ki, Tramp sosial media hesabında bu barədə fərqli cavab verib.


O, “O qədər pulu yoxdur” deyən vəkillərini təkzib edib və 500 milyon dollar nağd pulu olduğunu açıqlayıb.

“Zəhmət, istedad və şans sayəsində indi demək olar ki, 500 milyon dollar pulum var” deyən Tramp bu pulu prezident seçkiləri kampaniyasında istifadə etmək niyyətində olduğunu bildirib.

Tramp iddia edib ki, Nyu-York baş prokuroru və işə sədrlik edən hakim bu pulu ondan saxtakarlıq və korrupsiya yolu ilə almaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru