“Avropalı siyasətçilərin ritorikasına müharibə psixozunun təsiri var”

25-03-2024, 09:24           
“Avropalı siyasətçilərin ritorikasına müharibə psixozunun təsiri var”
Peter Siyarto: “Onlar müharibə dilində danışır və elə düşünürlər ki, sanki özləri müharibədədirlər”

“Avropa İttifaqı (Aİ) liderləri müharibə psixozuna görə Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirir”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto “Kossuth” radiostansiyasının efirində deyib.

Siyarto Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatları ətrafında müzakirələri şərh edib. Onun fikrincə, avropalı siyasətçilər sağlam düşüncəni itirməyə başlayıblar və onların ritorikasına müharibə psixozunun təsiri var.

“Onlar müharibə dilində danışır və elə düşünürlər ki, sanki özləri müharibədədirlər”, - Macarıstan XİN rəhbəri deyib.

O qeyd edib ki, siyasətçilər Rusiya ilə Ukrayna arasında münaqişəni şəxsi məsələyə çevirməyə və sağlam düşüncəni itirməyə başlayırlar.

Diplomat vurğulayıb ki, nəticə Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı qərar ola bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.