Kanada hakimiyyəti 70 il əvvəl doğum evində səhv düşmüş kişilərdən üzr istədi

26-03-2024, 00:02           
Kanada hakimiyyəti 70 il əvvəl doğum evində səhv düşmüş kişilərdən üzr istədi
Kanada hakimiyyəti təxminən 70 il əvvəl doğum evində səhv düşən iki kişidən üzr istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Riçard Bove və Eddi Ambrouz 1955-ci ildə Manitobada eyni xəstəxanada eyni gündə anadan olublar, lakin onların bioloji valideynləri başqa uşaqları evə aparıblar.
Kişilər həqiqəti yalnız keçən il Bovenin DNT testindən keçdikdəns onra öyrəniblər. DNT testi onun yerli olmadığını, Ukrayna və yəhudi köklərinə sahib olduğunu göstərib.

Bove avropalılarla qarışan Kanadanın yerli xalqlarının nəslindən olan Metislər arasında böyüyüb. Ambrouz isə əksinə olaraq, Ukraynadan Kanadaya gələn ailədə böyüyüb.

Martın 21-də Kanadanın Manitoba əyalətinin baş naziri Vab Kinyo Bove və Ambrouzdan şəxsən rəsmi olaraq üzr istəyib.

"Bu, bizim onlara 68 il - əslində bütün həyatlarına borclu olduğumuz şeydir... Ed və Riçard bu gün Manitoba hökuməti və etibar etməli olduqları qurumlar tərəfindən haqsızlığa məruz qalan iki insan kimi buradadırlar. Onların hər biri Arborqdakı xəstəxanada doğulduğu ilk gündən haqsızlığa məruz qalıblar... Başınıza gələnləri geri qaytarmaq olmaz, amma bunu etiraf edib günahı yumaq lazımdır”, - əyalətin baş naziri bildirib.

Kinyo iki kişinin həyatlarının DNT testi edilməmişdən əvvəl də kəsişdiyini qeyd edib. Xüsusilə, uşaq ikən Ambrouz yaxınlıqdakı bir şəhərdən bir qızı beysbol komandasına qoşulmağa dəvət edib, amma onun əslində bioloji bacısı olduğunu bilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.