Hurriyyet.az xəbər verir ki, İsrailin BMT-nin qətnaməsinə uyğun olaraq Qəzza zolağında atəşi dayandırmayacağı təqdirdə, Kolumbiya İsraillə diplomatik münasibətləri kəsəcək.
Bu barədə bəyanatı Cənubi Amerika dövlətinin başçısı verib.
Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki səhifəsində yazıb: "İsrail BMT-nin atəşkəs qətnaməsinə əməl etməsə, diplomatik əlaqələri kəsəcəyik".