Qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan “Nikkei Asia” mətbuat təşkilatının hesabatına görə, Mumbay 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsinin ən çox milyarderinin olduğu şəhər olub. TEREF Publika.az-a istinadən xəbər verir ki, institutun hesabatına görə, Nyu-Yorkda 119 milyarder, Londonda isə 97 milyarder olduğu halda, Mumbay 92 milyarderlə dünya üzrə üçüncü yerdədir. Hindistanda cəmi 271 milyarder bar ki, onun da 92-si bu şəhərdədir. Mumbay iqtisadiyyatı 2023-cü ildə 7,5 faiz artıb. Ölkələr üzrə qiymətləndirmələrdə Çin 814 milyarderlə siyahısına liderlik edir. Amma 2022-ci ilə nisbətən Çində milyarderlərin sayı 155 nəfər azalıb. ABŞ 800 milyarderlə ölkələrin reytinqində ikinci yerdədir.