İsveçrə bankları rusiyalıların hesablarını bağlamağa başlayıb

27-03-2024, 11:38           
İsveçrə bankları rusiyalıların hesablarını bağlamağa başlayıb
Bəzi İsveçrə bankları eyni vaxtda həm İsveçrə, həm də Rusiya pasportlarına sahib olan vətəndaşların hesablarını bağlamağa başlayıb.

İndex.az xəbər verir ki, bu barədə “Vedomosti”yə müsahibəsində “Leolex” hüquq bürosunun idarəedici partnyoru Roman Kudinov danışıb.

R. Kudinov qeyd edib ki, “UBS” və “Credit Suisse” banklarının ikili vətəndaşlığı olan bir neçə müştərisi bu problemlə üzləşib. Onların hamısı İsveçrədə vergi ödəyir, lakin Rusiyada gəlir əldə etmir və vergi ödəmir.

Hazırda ofis müştərilərinin hüquqlarını müdafiə etmək üçün məcburiyyət və ayrı-seçkilik iddiaları ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

Öz növbəsində “UBS” nümayəndəsi “Vedomosti”nin sorğusunu şərh etməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru