Vuçiçdən xəbərdarlıq: “Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək”

27-03-2024, 13:18           
Vuçiçdən xəbərdarlıq: “Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək”
Serbiya prezident Aleksandar Vuçiç xəbərdarlıq edib ki, ölkəsi tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcək.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə “Instagram”da yazıb.

Onun sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının (Bosniya və Herseqovinanın tərkibindəki qurum) “həyati vacib milli maraqlarını birbaşa təhdid edən” xəbər alıb.

“Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, deyə Vuçiç yazıb.

Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Vuçiç Qərbin Serbiyaya təzyiqlərini artıracağını və bunun da Belqrad və Moskva arasında münasibətlərin çətinləşməsinə səbəb ola biləcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru