İyenin kəskin dəyər itirməsinin səbəbləri məlum olub

28-03-2024, 09:38           
İyenin kəskin dəyər itirməsinin səbəbləri məlum olub
İyen 1990-cı illərdən bəri ABŞ ilə faiz dərəcələrindəki uçurum səbəbindən ən aşağı səviyyəyə düşüb – Yaponiya Bankı əsas faiz dərəcəsini 0,25 % artıraraq 0,5 %-ə qaldırdıqdan sonra məzənnə çöküb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Bu, son 17 ildə ilk dəfə pul siyasətinin sərtləşdirilməsidir. Lakin Federal Ehtiyat Sistemi (Fed) uçot dərəcəsini xeyli artırıb – 5,25 %-ə. Bazarlar iki ölkənin Mərkəzi Banklarının siyasətlərində divergensiyanın davam edəcəyini gözləyir.

Maliyyə Nazirliyi, Mərkəzi Bank və maliyyə bazarı tənzimləyicisinin nümayəndələrinin fövqəladə iclasından sonra rəsmilər iyenin hazırkı fəlakətli çöküşünün “spekulyativ əsaslara” malik olduğunu bildiriblər. Maliyyə naziri Süniti Sudzuki xəbərdarlıq edib ki, Tokio milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün “bütün variantları” nəzərdən keçirir.

Agentlik qeyd edib ki, Yaponiya maliyyə orqanları yen məzənnəsini sabitləşdirmək üçün valyuta müdaxiləsinə əl ata biləcəyini açıqlayıb ki, bu da 1998-ci ildən bəri ilk dəfədir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.