Seneqalın növbəti prezidenti bəlli oldu

28-03-2024, 11:18           
Seneqalın növbəti prezidenti bəlli oldu
Martın 24-də Seneqalda keçirilən prezident seçkisində müxalifət lideri Bassiru Diomaye Fay birinci turda səslərin 54,25 faizini toplayaraq qalib gəlib.

Bu barədə Seneqal Milli Seçki Xidməti səsvermənin ilk rəsmi nəticələrini təqdim edərək bildirib.

Xidmətin məlumatına görə, hakim koalisiyanın namizədi Amadu Ba seçicilərin 35,79%-nin dəstəyini qazanaraq ikinci olub. Prezident seçkisində iştirak edən qalan 17 namizəd xeyli az səs toplayıb.

Təqdim edilmiş nəticələr Seneqal Konstitusiya Şurası tərəfindən təsdiqlənməlidir. Uduzan namizədlərin seçkilərin gedişindən və nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ var.

Amadu Ba artıq seçkilərdəki məğlubiyyətini etiraf edib və Diomaye Fayı qələbə münasibətilə təbrik edib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.