“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO

28-03-2024, 18:54           
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
“Tesla” müştərilərinə elektrikli nəqliyyat vasitələrinə quraşdırılmış sürücüyə yardım sistemlərinin imkanlarını göstərmək üçün daha çox vaxt ayıracaq.

Qeyd olunur ki, şirkətin rəhbəri İlon Mask dilerlərə “Full Self-Driving” (FSD) avtonom idarəetmə sisteminin imkanlarını nümayiş etdirməyi əmr edib. Maskın sözlərinə görə, müştərinin FSD-ni yol şəraitində sınaması üçün işçilər müştəri ilə birlikdə avtomobili sürərkən bu funksiyadan istifadə etməlidrlər.

“Tesla”nın rəhbəri vurğulayıb ki, demək olar ki, heç bir istehlakçı şərti olaraq avtopilot adlanan sürücüyə təkmilləşdirilimiş yardım sisteminin nə qədər yaxşı işlədiyini başa düşmür. Mask bu cür nümayiş attraksionlarının vaxt aparacağını qeyd edib, lakin bunun məcburi tələb olduğunu bildirib.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru