Almaniyada TAURUS raketlərinin istehsalı dayandırılıb

1-04-2024, 08:04           
Almaniyada TAURUS raketlərinin istehsalı dayandırılıb
TAURUS raketlərini istehsal edən “Matra BAE Dynamics Aerospatiale” (MBDA) konserninə daxil olan şirkət istehsalı dayandırıb.
Gununsesi.info-nun xəbərinə görə, bunu şirkətin rəhbəri Tomas Qottşild “Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.

Tomas Qottşild deyib ki, bunun səbəbi TAURUS raketlərinə dair sifarişlərin olmamasıdır. Onun sözlərinə görə, Ukraynanın da çox istədiyi bu raketlərin istehsalının yenidən bərpa edilməsi müəyyən zaman tələb edəcək: “Çünki bizim tədarükçülərimiz kiçik və orta müəssisələrdir. Bu halda onlar da müvafiq detalların istehsalını dayandırırlar və istehsal xətlərini işlək vəziyyətdə saxlamaq üçün maliyyəni təmin edə bilmirlər. Ona görə də biz yeni sifariş alacağımız halda həmin tədarükçülərin xammal təmin etmələri, yenidən fəaliyyətlərini bərpa etmələri lazımdır. Müdafiə sənayesi möcüzə yarada bilməz. Əgər biz bu gün sifariş alsaq, sabah onu yerinə yetirə bilmərik. Müdafiə sənayesi üçün uzun müddətli sifarişlər lazımdır”.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya TAURUS raketlərinin tədarükünə qarşı çıxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru