13 gün öncə ölüm xəbəri yayılmışdı, bu gün isə...

1-04-2024, 11:14           
13 gün öncə ölüm xəbəri yayılmışdı, bu gün isə...
Böyük Britaniya Kralı III Çarlz fevral ayında xərçəng diaqnozu qoyulmasından sonra ilk dəfə böyük tədbirdə iştirak edib.

TEREF Publika.az-a açıqlamasında xəbər verir ki, o, Berkşirdə, Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində keçirilən Pasxa mərasiminə qatılıb.

Kral Çarlz, Kraliça Kamilla ilə birlikdə bazar günü ibadətindən sonra toplaşan izdihamla danışıb, insanların əllərini sıxıb.

Uels şahzadəsi Uilyam və Keyt Middleton isə mərasimdə iştirak etməyib, çünki Keyt xərçəng müalicəsini davam etdirir.

Qeyd edək ki, Kral ona xərçəng diaqnozunun qoyulmasından bəri bəzi işlərini davam etdirsə də, gördüyü işlər ictimaiyyətin iştirakı olmadan keçirilib.

Xatırladaq ki, martın 18-də Çarlzın vəfat etməsi ilə bağlı iddialar yayılıb. Sonra bu iddialar özünü doğrultmayıb.

O, 2023-cü il mayın 6-da rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru