Rusiyalı milyarderlərin sərvəti artıb

1-04-2024, 12:48           
Rusiyalı milyarderlərin sərvəti artıb
Rusiyalı milyarderlərin sərvəti artıb2024-cü ilin ilk üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard ABŞ dolları artıb.

“Report” xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in məlumatı göstərir.

“Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,29 milyard dollar artaraq 24,1 milyard dollara çatıb. Ən böyük maliyyə itkisi ilə sərvəti 2,8 milyard azalaraq 18,3 milyard dollara enən “USM Holdings”in təsisçisi Alişer Usmanov üzləşib.

“Bloomberg Billionaires Index”in məlumatına görə, “Nornikel” şirkətinin həmsahibi Vladimir Potaninin sərvəti ilin əvvəlindən 768 milyon artaraq 31,8 milyard dollara, Vladimir Lisinin sərvəti 2,91 milyard artaraq 26,9 milyard dollara, “LukOil”un həmsahibi Vahid Ələkbərovun sərvəti isə 1,79 milyard artaraq 26,4 milyard dollara çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru