Həbsdən çıxan Usman Sonko Seneqalın baş naziri oldu

4-04-2024, 10:19           
Həbsdən çıxan Usman Sonko Seneqalın baş naziri oldu
Böhtana görə həbs olunan Usman Sonko Seneqalın yeni baş naziri olub. O və prezident seçkisində qalib gələn müxalifət namizədi Bassir Diomai Fay bir neçə həftə öncə həbsdən azad ediliblər.

Sonko Seneqalın keçmiş prezidenti Maki Sallın kəskin əleyhidarıdır.

Yeni baş nazir həbs cəzasına məhkum edildiyi üçün martın 24-də keçirilən prezident seçkisində iştirakdan kənarlaşdırılmışdı.

O, hər hansı bir qanun pozuntusunu rədd edib və tərəfdarlarını Faya səs verməyə çağırıb. Bununla da Sonko özünə yüksək vəzifə qazanıb. (Mənbə: octagon.media)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru