Tbilisidə kütləvi ETİRAZ

5-04-2024, 08:24           
Tbilisidə kütləvi ETİRAZ
Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.

Modern.az xəbər verir ki, yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar.

Prospektdə yol bağlanıb və şəhərdə avtomobillərin hərəkətində problem yaranıb. Aksiya iştirakçıları qanunun qəbul edilməməsinə etiraz edirlər.

Onların fikrincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi keçən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılmışdı. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru