Gürcüstanda qadınlar üçün seçki kvotası ləğv edilib

5-04-2024, 08:44           
Gürcüstanda qadınlar üçün seçki kvotası ləğv edilib
Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, seçki məcəlləsində dəyişikliklərin lehinə 85, əleyhinə isə 22 deputat səs verib.

Qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü müxalif “Girçi” siyasi qrupu tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinin hazırkı maddəsinə görə, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin partiya siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Təşəbbüskarların fikrincə, Gürcüstanda qadınlar siyasi karyeralarında heç bir maneə ilə üzləşmirlər və özləri ilə əlaqəli xüsusi kvota tələb etmirlər, üstəlik, qanunvericilikdə kvotanın olması ölkədə qadınların guya sıxışdırıldığını göstərir.

Qeyd edək ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru