Polşa taxıl probleminin həll yolunu tapdı

5-04-2024, 13:14           
Polşa taxıl probleminin həll yolunu tapdı
Polşa hakimiyyəti fermerlərdən 5 milyon ton artıq taxıl almağı planlaşdırır və bu məqsədlər üçün ən azı 2 milyard zloti (təxminən 500 milyon dollar) xərcləməyi planlaşdırır.

Bu barədə jurnalistlərə Polşa kənd təsərrüfatı nazirlnin müavini Stefan Krayevski məlumat verib.

"Biz bazardan artıq taxıl almaq üçün təxminən 2 milyard zloti ayırmağı planlaşdırırıq" - deyən nazir müavini əlavə edib ki, Maliyyə Nazirliyi ilə birlikdə lazımi vəsaitin ayrılması üzərində iş aparılır.

Fermerlərə ödənişlərin may ayının sonundan əvvəl gəlməyə başlaması planlaşdırılır.

Bundan əvvəl Polşanın inkişaf və texnologiya naziri Kşiştof Getman bildirmişdi ki, Avropa Komissiyası Avropa bazarında artıq olan kənd təsərrüfatı məhsullarını Afrika ölkələrinə yönəldə bilər.

Xatırladaq ki, fevralın 9-da polşalı fermerlər genişmiqyaslı etiraz aksiyalarına və Ukrayna ilə sərhəddə sərhəd-keçid məntəqələrinin blokadalarına başlayıblar. Fermerlər Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, həmçinin Avropa İttifaqının 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan Yaşıl Sövdələşmə strategiyası ilə razılaşmadıqlarını bildirirlər. Etiraz aksiyasına Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəstək verib. \\Redaktor.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.