Avstriya TƏHLÜKƏDƏ: Növbəti 45 il ərzində... - FOTO

6-04-2024, 18:54           
Avstriya TƏHLÜKƏDƏ: Növbəti 45 il ərzində... - FOTO
Avstriyadakı Alp buzlaqları 45 ildən sonra tamamilə əriyə bilər.

Bu barədə Avstriyanın Alp Klubunun ekspertləri bildiriblər.

Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə Avstriyanın 93 buzlağı orta hesabla 24 metr kiçilib. Eyni zamanda, Pasterze buzlağı 203,5 metr, Rettenbachfernenr isə 127 metr qısalıb.

Alp klubunda xəbərdarlıq ediblər ki, güclü istiləşmə səbəbindən 21-ci əsrin ikinci yarısına qədər demək olar ki, Avstriyada heç bir buzlaq qalmayacaq.

Təşkilat biomüxtəlifliyin qorunub saxlanılması üzrə ümumi səylər çərçivəsində buzlaqların daha çox qorunmasına çağırıb və qeyd edib ki, xizək kurortlarının genişləndirilməsi ilə əlaqədar ölkənin alp rayonları daimi təzyiq altında qalır.

Xatırladaq ki, İsveçrədə də Alp buzlaqları təkcə son iki ildə öz həcminin 10%-ni itirib.



Mənbə: AFP












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.