Avstriya kansleri Makronun Rusiya-Ukrayna münaqişəsinə dair fikirləri ilə razılaşmayıb

6-04-2024, 12:48           
Avstriya kansleri Makronun Rusiya-Ukrayna münaqişəsinə dair fikirləri ilə razılaşmayıb
Avstriya kansleri Karl Nehammer Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makronla razı olmadığını bildirib və onu gərginlikdən qaçmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

“Biz davamlı sülhə nail olmaq niyyətində razıyıq. Amma bu məqsədə çatmaq üçün yol seçməkdə mövqelərimiz fərqlidir. Mən ehtiyatlılıq prinsipini müdafiə edirəm. Fransa prezidenti saxlama (gərginliyin) prinsipinin tərəfdarıdır”, - Nehammer Makronun Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatını şərh edib.

Nehammer etiraf edib ki, bəzi aqressiv elementlər inandırıcı görünə bilər, lakin o, özü də “nəzarətsiz eskalasiyanın qarşısını almaq üçün ehtiyat prinsipi”nin tərəfdarıdır.

Hələ fevralın 26-da Makron bildirib ki, Qərb liderləri öz qoşunlarını Ukraynaya göndərmək imkanını müzakirə ediblər və bu istisna olunmur. Onun sözləri bir sıra ölkələrdə, o cümlədən Böyük Britaniya, ABŞ və Almaniya tərəfindən dəstəklənməyib. Bundan başqa, NATO rəhbəri Yens Stoltenberq də buna qarşı çıxıb.

Mart ayında Fransa lideri Kiyevə yardımın göstərilməsi və hərbi personalın göndərilməsi imkanları məsələlərində “qırmızı xətlərin” olmadığı mövqeyinə sadiq qaldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.